Fransaya casusluqda ittiham olunan Martin Ryana hökm oxunub - Məhkəmə iclası
SİYASƏT
16.03.2026, 13:00
Fransaya casusluq ittihamı ilə həbs olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.
Mia.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Hökmə əsasən, Martin Ryan 10 il, Azad Məmmədli isə 12 il müddətinə azadlıqdan məhrum edilib və hər iki şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Həmçinin məhkəmə qərar qəbul edib ki, Martin Ryan cəzasını çəkib başa vurduqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılacaq.
İttiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər DTX tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunublar. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb. İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-grata" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryana AR Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi, AR vətəndaşı Azad Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb(Report)
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
ABŞ yeni beynəlxalq koalisiya qurmağa hazırlaşır
Bugün, 23:14 GÜNDƏM
-
İsrail Livanı yenə vurdu – Ölənlərin sayı 22-yə çatdı
Bugün, 23:03 DÜNYA
-
"Neftçi" "Qarabağ"ı devirdi - "Sabah" tarixində ilk dəfə çempion oldu
Bugün, 22:11 İDMAN
-
Meral Akşener siyasətə dönür – Adına fond yaradıldı
Bugün, 22:05 SİYASƏT
-
İran prezidenti Lukaşenko ilə telefon danışığında təhlükəli anons verdi: "Yenə hücum ola bilər“
Bugün, 20:17 GÜNDƏM
-
Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı (Yenilənib)
Bugün, 19:38 CƏMİYYƏT
-
Tramp Almaniya kanslerinə “ilişdi”: “Get, öz ölkənlə məşğul ol!"
Bugün, 19:32 DÜNYA
-
Körfəzdə enerji müharibəsi qızışır – BƏƏ OPEC-dən getdi, neft qiyməti dünyanı təhdid edir
Bugün, 19:08 İQTİSADİYYAT
-
Ərdoğanla Dövlət Baxçalı yenə görüşüb
Bugün, 19:03 DÜNYA
-
Hikmət Hacıyev Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşüb
Bugün, 18:51 GÜNDƏM
-
Qarabağ Dirçəliş Fondu Beynəlxalq Xalça Festivalının rəsmi tərəfdaşıdır
Bugün, 18:48 MƏDƏNİYYƏT
-
SÖZLƏ, ZƏHMƏTLƏ, ÜRƏKLƏ YAZILAN ÖMÜR...
Bugün, 18:25 MƏDƏNİYYƏT
-
Ceyhun Bayramov BƏM hakimi vəzifəsinə namizədlə müzakirə apardı
Bugün, 18:05 SİYASƏT
-
Anar Ələkbərov Vatikanda: yeni sənəd imzalandı - FOTOLAR
Bugün, 17:29 GÜNDƏM
-
En Nesyri Səudiyyə Ərəbistanı liqasını “çalxalayır”
Bugün, 17:09 İDMAN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Elektron xidmətlər üzrə tənzimləyici pilot layihələr... - Prezident fərman verdi, yeni qaydalar təsdiqləndi
Bugün, 16:52 GÜNDƏM
-
Prezident İlham Əliyev ona "Şöhrət" ordeni verdi - Sərəncam
Bugün, 16:43 GÜNDƏM
-
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - Sərəncam
Bugün, 16:40 MƏDƏNİYYƏT
-
İkardi yola salınır – “Qalatasaray” məşhur hücumçunu göndərir, yeni oyunçular alır
Bugün, 16:28 İDMAN
-
İrpen şəhər Şurası İlham Əliyevi şəhərin fəxri vətəndaşı elan edib
Bugün, 16:27 GÜNDƏM
-
Tarix Əliyev: "19 yaşlı oğlan və 14 yaşlı qız hamamda nə edirdi?"
Bugün, 16:14 ŞOU-BİZNES
-
Turqay Hüseynov Hakimlərin Seçki Komitəsinə üzv seçilib
Bugün, 16:06 SİYASƏT
-
Birinci sinfə şagird qəbulu başlayır
Bugün, 15:24 GÜNDƏM
-
Paşinyan: "Ermənistan "kasıb qohum" statusundan qurtulmalıdır"
Bugün, 14:15 SİYASƏT
-
Yığmamız Pakistanı məğlub etdi
Bugün, 13:52 İDMAN
-
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu - FOTOLAR
Bugün, 13:46 İQTİSADİYYAT
-
Gəncədə məktəblilər arasında baş verən insidentlə bağlı - AÇIQLAMA
Bugün, 13:24 CƏMİYYƏT
-
Əfqanıstan ilk neft hasilatına başladı - Çinin dəstəyi ilə 5 yeni quyu açıldı
Bugün, 13:09 DÜNYA
-
Bakıda bəzi binalar təmir olunacaq
Bugün, 12:55 CƏMİYYƏT
-
Maliyyə Nazirliyinin kollegiyasının tərkibi geişləndi - QƏRAR + SİYAHI
Bugün, 12:33 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:29 CƏMİYYƏT
-
İlham Əliyev Avropa çempionu olan güləşçiləri qəbul edib - FOTOLAR
Bugün, 12:12 GÜNDƏM
-
Qapıçı hakimi küçə sözü ilə iki dəfə söyüb, daha sonra isə… - “Fənərbağça”nın qolkiperini ağır cəza gözləyir
Bugün, 12:05 İDMAN