Xarici İşlər Nazirliyi açıqlama yaydı

img

15-03-2026 [18:37]


"İslamofobiya, insanların inancına görə onlara qarşı yönəlmiş ayrı-seçkilik və nifrət insan ləyaqətinin, bərabərliyin və qarşılıqlı anlaşmanın ən əsas prinsiplərini sarsıdır".

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü ilə bağlı "X" sosial şəbəkə hesabında edilən paylaşımda qeyd olunub.

Bildirilib ki, sözügedən qərəzin cəmiyyətlərimizdə yeri yoxdur: "İslamofobiya ilə Beynəlxalq Mübarizə Günündə biz mədəniyyətlər və dinlər arasında hörmət, tolerantlıq və dinc yanaşı yaşamağa dair qəti sadiqliyimizi bir daha təsdiq edirik. İslam sülh, mərhəmət, ədalət və həmrəylik dəyərlərinə əsaslanır. İslamın yanlış təqdim edilməsi və ya damğalanması qəbuledilməzdir. Dözümsüzlüyün bütün formalarına qarşı mübarizə inklüziv, dinc və dayanıqlı cəmiyyətlərin qurulması üçün zəruri olaraq qalır".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA