Məhəbbət Kazımov yeni albom üzərində izləyir

img

18-05-2009 [05:16]


Müğənni Məhəbbət Kazımov yeni albom hazırlayır. Müstəqil İnformasiya Agentliyinə bu barədə məlumat verən sənətçinin sözlərinə görə, sözügedən albomda 17 mahnı yer alacaq. ?Həmin albomda tamaşaçılar qeyri-adi bir ifa eşidəcək. Bu albomun üstünlüyü ondadır ki, orada mahnılarla muğamlar və saz sənəti sintez edilib?,- deyən müğənninin yeni layihəsində işlər tamamlansa da, nədənsə alboma ad qoyulmayıb. Müğənni deyib ki, albomun adı orada yer alan mahnılardan biri ilə bağlı olacaq. M.Kazımovun sözlərinə görə, bütün bunlar hazır olandan sonra tamaşaçılara yeni bir klip də təqdim edəcək. Qeyd edək ki, o, həm də solo-konsert vermək fikrindədir: ?Bu arzu uzun zamandır ki, ürəyimdədir. Qərara gəldim ki, təqdim edəcəyim albom mənim həm də solo-konsertimin repertuarı olacaq. O ki qaldı konsertin baş tutacağı vaxta, bu, payız aylarında reallaşacaq. Mahnılarımın böyük əksəriyyətində niskinlik, payız mövzusu var. Konserti Heydər Əliyev Sarayında reallaşdırmaq istəyirəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA