Arif Hacılı: ?Siyavuz Novruzov saxta seçkilər vasitəsi ilə parlamentdə təmsil olunur?

img

20-05-2009 [01:48]


[b]Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzovun müxalifətin bələdiyyə seçkilərində bütün dairələr üzrə namizəd irəli sürmək üçün potensialının olmadığını deməsi qarşı tərəfin narazılığına səbəb olub.[/b] Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ölkədə belə bir vəziyyətin yaranmasında hakimiyyəti suçlayıb: ?Azərbaycan hakimiyyəti daim müxalifətin sıradan çıxarılması siyasətini yeridib. Əgər Siyavuş Novruzovun siyasətdən xəbəri varsa, bilməlidir ki, nomal, demokratik ölkədə müxalifətin gücü və hər bir dairədən namizəd irəli sürmək imkanı yoxdursa, bu, cəmiyyətin problemidir. Eyni zamanda bu cəmiyyətə rəhbərlik edən hakimiyyətin problemidir?. Müsavat yetkilisi YAP-çı deputatın ?müxalifət liderlərinin özləri bələdiyyə seçkilərində namizəd olsunlar, görək, səs ala bilirlərmi?,- fikirinə də münasibət bildirib. Arif bəy opponentinin bu fikirlərinin əsassız olduğunu vurğulayaraq -?Biz nəyə qadir olduğumuzu sübut eləmişik. Müsavat Partiyası 2000-ci il parlament seçkilərində qalib gəlib, 2003-cü il prezident seçkilərində Müsavat başqanı İsa Qəmbər seçkiləri udub, 2005-ci ildə ?Azadlıq? blokunda qalib gəlmişik. Əslində bu gün hakimiyyətdə olan qüvvələr, millət vəkilləri, o cümlədən Siyavuş Novruzov saxta seçkilər vasitəsi ilə mandat mənimsəyərək, parlamentdə və hakimiyyətdə təmsil olunurlar. Bunu təkcə biz demirik, bütün Azərbaycan cəmiyyəti bilir. İstər yerli, istərsə də beynəlxalq müşahidəçilərin qəti əminliyi ondan ibarətdir ki, bu gün hakimiyətdə olanlar yalnız seçki saxtakarlığı, səslərin oğurlanması vasitəsi ilə hakimiyyətdədirlər?,- söyləyib. Bələdiyyələrə namizəd irəli sürülməsinə gəldikdə isə A.Hacılı deyib ki, dairələrin əksəriyyətindən namizəd irəli sürməyə çalışacaqlar. Onun sözlərinə görə, hansısa dairədə namizədin olmaması müxalifətin potensialının tükənməsi yox, seçki komissiyalarında ən qeyri-obyektiv, saxtakarlıq üzrə professionallaşmış insanların təmsil olunması ilə bağlı ola bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA