Medvedyev: ?Bəzi dövlətlər Şərq Tərəfdazlıq Proqramını Rusiya əleyhinə tərəfdazlığa çevirmək istəyirlər?

img

22-05-2009 [12:54]


Bu gün Xabarovsk şəhərində Rusiya-Avropa Birliyi sammiti başlayıb. Sammitə Rusiyadan prezident Dmitri Medvedyev, Avropa Birliyindən qurumun hazırkı sədri Çexiyanın prezidenti Vatslav Klaus, Avropa Komissiyasının sədri Joze Manuel Barrozu, birliyin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə təmsilçisi Havyer Solana qatılıblar. Sammitdə əsas müzakirə mövzulardan biri Rusiya ilə Avropa Birliyi arasında enerji sazişi layihəsi üzərində işi sürətləndirməkdir. Rusiya prezidentinin mətbuat katibi Natalya Timakova mediaya açıqlamasında deyib ki, mövcud Enerji Xartiyasının işə yaramadığını Avropa Birliyinin rəhbərliyi də etiraf edir. Sammitdə Enerji Xartiyasının problemləri həll etmədiyindən söhbət açıldığını vurğulayan N.Timakova misal kimi qış aylarında qaz ixracı məsələsində Rusiya ilə Ukrayna arasında baş vermiş anlaşmazlığı göstərib. Mətbuat katibi bu cür mübahisələrin yoluna qoyulması üçün hələ ortaq məxrəcə gəlinmədiyini deyib. D.Medvedyev sammit zamanı mətbuat üçün açıqlama verib. Rusiya prezidenti sammitin konstruktiv ruhda davam etdiyini söyləyib, amma tənqidlərindən də qalmayıb. Kreml sahibi yenə Avropa Birliyinin Şərq Tərəfdaşlıq Proqramını hədəf seçib. ?Hər bir tərəfdaşlıq münaqişədən yaxşıdır? desə də, D.Medvedyev əlavə edib ki, Avropa Birliyi Şərq Tərəfdaşlıq Proqramının üstünlükləriylə bağlı Rusiyanı hələ inandıra bilməyib və ?Bəzi dövlətlər Şərq Tərəfdaşlıq Proqramını Rusiya əleyhinə tərəfdaşlığa çevirmək istəyirlər?-deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA