Müxalifətin ümumi konfrans məsələsi növbəti çəkizmələrə səbəb olub

img

21-05-2009 [07:02]


Demokratiya Uğrunda İttifaq (DUİ) müxalifətin ümumi konfransının keçirilməsi məsələsini yenidən gündəmə gətirib. DUİ təsisçilərindən biri, millət vəkili Pənah Hüseyn bu istiqamətdə hazırlıqlara başladıqlarını bildirib. P.Hüseyn deyib ki, bu dəfə Qarabağ və Respublika Uğrunda Hərəkatda təmsil olunan partiyalar da bu konfransa qatılacaq. DUİ-yə daxil olan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu da Müstəqil İnformasiya Agentliyinə açıqlamasında müxalifətin konfransının keçiriləcəyini deyib. Qarabağ və Respublika Uğrunda Hərəkatdakı partiyaların bu konfransa qoşulub-qoşulmayacağına gəlincə, M.Mirəlioğlu bunun qarşı tərəfdən asılı olduğunu bildirib. Qeyd edək ki, bir müddət öncə DUİ rəhbərliyi Qarabağ və Respublika Uğrunda Hərəkatda təmsil olunan Müsavat başqanı İsa Qəmbər və Ümid Partiyasının sədri İqbal Ağazadə ilə görüşüb, müxalifətin konfransının keçirilməsi məsələsini müzakirə etmişdilər. M.Mirəlioğlu isə ?Biz onlarla görüşdük və məsələləri müzakirə etdik. Amma hərəkatçılar bizim təklifimizə ?yox? cavabı verdilər. Hazırda bu məsələ aktual deyil, çünki indi ortada onların bu haqda qərarları var. Ona görə də müxalifətin konfransını biz keçirəcəyik və təşkilatçı özümüz olacağıq?. Qarabağ və Respublika Uğrunda Hərəkatın təsisçilərindən olan ADP sədri Sərdar Cəlaloğlu isə mia.az-a açıqlamasında DUİ-nin tədbirindən xəbərsiz olduğunu bildirib: ?Biz bilmirik ki, kim nə keçirmək istəyir. Qoy tədbirin məqsədini, ideyasını açıqlasınlar, təklif gəlsin. Ondan sonra münasibət bildirərik. Məsələ ondadır ki, Pənah bəy, konkret olaraq, hansı tədbirin keçirilməsindən, formatın nədər ibarət olacağı barədə məlumat vermirsə, mən qaranlığa elə-belə necə daşa ata bilərəm?. Hərəkatdan hansısa partiyanın bu konfransa qoşulub-qoşulmayacağına gəlincə, S.Cəlaloğlu təmsil olunduğu Qarabağ və Respublika Uğrunda Hərəkatın adından danışa bilməyəcəyini deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA