DUi Sədrlər Şurası ?Avrovizion?çularımızı təbrik edib

img

18-05-2009 [01:32]


Bu gün Demokratiya Uğrunda İttifaqın (DUİ) sədrlər Şurasının növbəti toplantısı keçirilib. İttifaqdan Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, iclasda ölkədəxili ictimai-siyasi vəziyyət və digər məsələlər müzakirə olunub və bir sıra qərarlar qəbul olunub. DUİ Sədrlər Şurası AXCP-nin yaradılmasının 20 illiyi ilə bağlı tədbirin keçirilməsini təqdir edibr və bu istiqamətdə elmi-praktiki konfransın keçirilməsini məqsədə uyğun sayıb. Eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 91-ci il dönümü ilə bağlı Novxanıda, Fəxri Xiyabanda və Şəhidlər Xiyabanında anım mərasimi keçirməyi də nəzərdə tutub. DUİ bu toplantıda da müxalifətin ümumi konfransının keçirilməsi məsələsini də müzakirə edib və müddət ərzində bu tədbirin reallaşdırması istiqamətində lazımi addımların atılması qərarını verib. Bundan əlavə, DUİ Sədrlər Şurası ?Avrovizion? yarışmasında Azərbaycan nümayəndələrinin uğur qazanması ilə bağlı müsabiqə iştirakçılarnı təbrik ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA