Rusiya-Avropa Birliyinin 23-cü sammiti keçirilib

img

21-05-2009 [03:45]


Bu gün Xabarovskda Rusiya-Avropa Birliyinin 23-cü sammiti keçirilir. Qeyd edək ki, bu cür görüşlər ilk dəfədir ki, Avropa Birliyindən bu qədər uzaqda qeyd edilir. Rusiya prezidenti Dmitri Medvedev sammitin Avropadan bu qədər uzaqda keçirilməsini Avropa Birliyi ölkələrinə Rusiyanın böyüklüyünü göstərməklə izah edib. Qeyd edək ki, iclasın gündəliyinə 5 əsas məsələ daxil edilib-dünya iqtisadi böhranından çıxmağın yolları, Avropanın enerji böhranı, əməkdaşlıq məsələlərinə dair yeni baza razılaşmasının işlənməsi. Toplantıda Rusiyanın Avropa təhlükəsizliyində təşəbbüsləri də müzakirə olunacaq. Avropalı nümayəndə heyətinə Avropa Birliyinə rəhbərlik edən Çexiya prezidenti Vaslav Klaus rəhbərlik edir. Nümayəndə heyətinin tərkibinə Avropa Komissiyasının rəhbəri Joze Manuel Barozza, Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Xavyer Solana daxildir. Sammit çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır. Sammitin rəsmi açılışı sabah olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA