Həmsədrlər yenidən regiona səfər edəcəklər

img

21-05-2009 [12:44]


ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye Brüsseldə Ermənistanın xarici işlər naziri Edrvard Nalbandyanla görüşüb və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqları müzakirə edib. Ermənistanın ?A1 plyus? saytının yaydığı məlumata görə, Bernar Fasye Bakıda keçirdiyi görüşlərin nəticələri haqda erməni naziri məlumatlandırıb. O bildirib ki, Bakı və İrəvanda aparılan danışıqların nəticəsi olaraq həmsədrlər ayın sonuna kimi yenidən regiona səfər edəcəklər. Bu səfərdə onlar Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşünə hazırlığı müzakirə ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA