Ruhəngiz Allahverdiyeva: ?Araz Azərbaycan toylarına getsə, bəzi müğənnilərin toy bazarı bağlanacaq?

img

20-05-2009 [04:24]


?Aysel və Araş ?Avrovizion-2009? yarışmasında Azərbaycanı üçüncü yerə çıxardı. Bu bizim qələbəmizdir. Əslində bütün sənət adamları bu qələbədən sevinməlidir. Təəssüflər olsun ki, bu qələbəyə ?don? geyindirənlər daha çoxdur?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında əməkdar artist Ruhəngiz Allahverdiyeva deyib. Müğənninin sözlərinə görə, bəzi sənətçilər Araşa mesaj ünvanlayırlar ki, görəsən, Araş Azərbaycan toylarına gedəcəkmi? ?Niyə getməsin? Əslində həmin sənətçilərin canına qorxu düşüb. Düşünürlər ki, Araş Azərbaycan toylarına getsə, bəzi müğənnilərin toy bazarı bağlanacaq. Daha demirlər ki, o, bizim Azərbaycanın adını zürvələrə qaldırıb?. Bəzi sənətçilərin Aysellə Araşa qarşı qərəzli müsabətindən narazı qalan müğənni son yaradıcılıq işlərindən də söz açdı: ?Hazırda 4 mahnı üzərində işləyirəm. Həmin mahnılardan birinə klip çəkdirməyi planlaşdırmışam. Yeni bir layihəm də var. Amma bu barədə danışmaq istəmirəm. Mənim repertuarımda Hatəm Naxçıvanılının bir mahnısı var. İstəyirəm ki, həmin mahnını Ataxan İsmayılovla duet oxuyam. Gəncədə bir müğənni var ? Rövşən - gözəl müğənnidir. Onunla da duet oxumaq fikrindəyəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA