Alim Qasımov, Aygün Bayramova, Ağadadaz Ağayev, Brilliant Dadazova, Aygün Kazımova Muğam Teatrının tədbirinə gəlmədilər

img

27-05-2009 [06:52]


Dünən Heydər Əliyev Sarayında Muğam Teatrının 20 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Tədbiri açan mədəniyyət və turizm naziri Muğam Teatrının, onun rəhbəri Arif Qazıyevin Azərbaycan mədəniyyətinin, muğam sənətinin inkişafında danılmaz rolu barədə danışaraq öz təbriklərini çatdırdı. Tədbirin 1-ci hissəsində Muğam Teatrı kollektivinin üzvləri çıxış etdilər. Zeynəb Behbudova, Vəsilə İbrahimova, Bəyimxanım Mirzəyeva, Həlimət Məmmədova, Babək Niftəliyev, Vəli Səfərov, Əsgər Əhmədov və digər ifaçılardan ibarət böyük bir xanəndə qrupu əməkdar artist Ağa Cəbrayıl Abasəliyevin rəhbərlik etdiyi ansamblın müşayiəti ilə ?7 muğam ? 7 rəng? adlı musiqili kompozisiya təqdim etdilər. Eyni zamanda, rəqqasə Fatimə Fətəliyevanın yaratdığı qızlardan ibarət rəqs kollektivi də milli rəqslər nümayiş edirdilər. Yubilyarları təbrik etməyə xalq artisti Nazpəri Dostəliyeva, Faiq Ağayev, əməkdar artist İlqar Muradov, Lalə Məmmədova, Elnur Məmmədov, meyxanaçı Vüqar və başqaları gəlmişdilər. Ən çox maraq doğuran çıxışlardan biri də Röyanın çıxışı oldu. Hamiləliyinin 4-cü ayını yaşayan sənətçi, sanki bu məqamı hamıya nümayiş etdirməyə çalışırdı. Adətən, bu maraqlı vəziyyətdə olan xanımlar öz ?eyiblərini? gen paltarla ört-basdır etsələr də, Röya bunun əksinə olaraq, səhnəyə dar geyimdə çıxdı və bununla hamını təəccübləndirdi. Konsertin qəfil bitməsi də çoxlarında təəccüb yaratdı. Əksər tamaşaçılar konsertin, anonslarda bildirildiyi kimi, xalq artisti İlhamə Quliyeva tərəfindən bağlanmasını gözləyirdi. Lakin o, tədbirə təşrif buyurmamışdı. Tədbirdə iştirakı gözlənilən daha bir neçə tanınmış sənətçi də gecəyə gəlmədilər. Bunlar xalq artiisləri Alim Qasımov, Aygün Bayramova, Ağadadaş Ağayev, Brilliant Dadaşova, Aygün Kazımova və əməkdar artist Ədalət Şükürov idi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA