Gürcüstan Rusiya ilə danızıqlarda irəliləyiz əldə edib

img

20-05-2009 [12:56]


Beynəlxalq vasitəçilər deyirlər ki, Rusiya və Gürcüstan təhlükəsizlik danışıqlarında irəliləyiş əldə ediblər, lakin əsas fərqlər hələ də qalır. Cenevrədə keçirilən bir neçə saatlıq danışıqlardan sonra tərəflər iyulun 1-i yenidən bir araya gəlməyə qərar veriblər. Avropa Birliyinin Gürcüstanda münaqişə üzrə xüsusi nümayəndəsi Pier Morel və danışıqları aparan həmsədrlərdən biri bildirib ki, əldə olunan irəliləyiş qənaətbəxşdir. Ötən il Cənubi Ossetiya ətrafında yaranmış münaqişə Rusiyayla Gürcüstan arasında müharibəylə nəticələnib. Bundan sonra Avropa Birliyinin vasitəçiliyiylə tərəflər arasında atəşkəs əldə olunub. "Azadliq"

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA