Milli Məclis rəhbərliyi deputatların müraciətinə cavab verməyib

img

19-05-2009 [05:26]


[b]Xəbər verdiyimiz kimi, bir müddət öncə millət vəkilləri Arzu Səmədbəyli, Pənah Hüseyn, Fazil Qəzənfəroğlu və Asim Mollazadə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq işçi qrupuna daxil olman üçün Milli Məclis rəhbərliyinə müraciət etmişdi.[/b] Müəyyən müddət ötməsinə baxmayaraq, Milli Məclis rəhbərliyi hələ də deputatların müraciətinə cavab verməyib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Müsavat deputat qrupunun üzvü Arzu Səmədbəyli məlumat verib.Deputat deyib ki, hələlik heç bir cavab yoxdur: ?Yəqin ki, ayın 22-də bir məlumat verərlər. Hələlik müraciətimizə müsbət, yaxud mənfi cavab verməyiblər. Əslində hər şey ola bilər, müsbət də, mənfi də cavab verə bilərlər. Ancaq müraciətimizə mənfi cavab vermək üçün elə bir əsas yoxdur. Hər bir deputat istədiyi işçi qrupuna üzv ola bilər. Onu görə də bizim müracitimizə normal yanaşılmasını və məsələnin müsbət həll olunmasını gözləyirik. Təbii ki, mürciətimizə mənfi cavab verilsə, narazılığımızı bildirəcəyik?. A.Səmədbəyli nəzərə çatdırıb ki, belə bir müracəti Milli Məclis rəhbərliyinə Türkiyə-Azərbaycan münasibətlərindəki gərginlik dönəmində ünvanlamışdılar. Hazırda isə məsələlər öz həllini tapıb, amma buna baxmayaraq, deputat müraciətlərinin qəbul olunmasının tərəfdarıdır: ?Həmin dövrdə biz Türkiyə-Azərbaycan münasibətlərinin normallaşdırılmasına öz töhvəmizi vermək istədik. Hesab edirəm ki, artıq bu məsələ aktuallığını itirib. Amma biz yenə də Türkiyə-Azərbaycan parlamentlərarası dostluq işçi qrupunda təmsil olunmaq istəyirik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA