?Cavad xan? filminə iranda yekun vurulacaq

img

20-05-2009 [12:26]


?Cavad xan? filminin son tamamlanma işləri İran İslam Respublikasında aparılır. Bunu Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Azərbaycanın xalq artisti Ramiz Novruzov deyib. Onun sözlərinə görə, mayın 26-da filmin rejissoru Rövşən Almuradlı İrandan Bakıya qayıdacaq. ?Amma məni filmdə yaradıcılıq faciəsi gözləyir. Çünki orada Azərbaycan generalı birdən-birə öz vətəninin düşməni olan generala çevrilir ki, həmin rolu da mən ifa edirəm. Bilmirəm məni bu roldan sonra necə qarşılayacaqlar?,- deyən aktyor, məhz bu filmdə işlərin uğurlu alındığını da vurğuladı. Aktyorun kinodakı yenilikləri ?Cavad xan?la yekunlaşmır. O, eyni zamanda İsmayıl Şıxlının ?Ölən dünyam? romanı əsasında ssenariləşdirilən filmdə də rol alıb: ?Bu böyük bir layihədir. Orada gözəl obraz canlandıracam?. Səhnədən səhnəyə keçid alan aktyor, həmçinin, teatrdakı rollarından da söz açdı. Akademik Milli Dram Teatrının repertuarında Rövşən Almuradlının quruluş verdiyi Çingiz Aytmatovun ?Çingiz xanın ağ buludu? əsərində o, yeni bir rolda çıxış edəcək. Aktyor cəmiyyəti düşündürən mövzulardan birinin də teatrın repertuarında yer alacağını bildirdi. Amma onun sözlərinə görə, hələki adını açıqlamaq istəmədiyi əsərin səhnələşdirilməsinə Mədəniyyət və Turizm Nazirliyi icazə verməyib. Bunun təmir işləri ilə bağlı olduğunu deyən aktyor gələn ilə kimi teatrın öz məkanına qayıdacağını arzulayır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA