Flora Kərimova Sərxan Kərəmoğlunu 500 manat cərimələtdi

img

16-05-2009 [08:38]


Gəncə şəhər Kəpəz rayon Məhkəməsində Xalq artisti Flora Kərimova Sərxan Kərəmoğluya qarşı qaldırdığı iddia məhkəməsi başa çatıb. Hakim Salman Babayevin sərdlik etdiyi məhkəmə təqsirləndirilən Sərxan Kərəmoğlunun 500 manat cərimə olunması və xalq artisti Flora Kərimovadan lazımi qaydada üzr istəməsi barədə qətnamə çıxarıb. Qətnaməyə əsasən, üzrün məzmunu xalq artisti tərəfindən tərtib ediləcək mətnlə Sərxan Kərəmoğlunun onu təhqir etdiyi "Biz+" jurnalında təkzib kimi dərc olunmalıdır. Xatırladaq ki, S. Kərimoğlu adıçəkilən jurnala müsahibəində xalq artisti F. Kərimovanın ünvanına təhqiredici ifadələr işlədib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA