Nazir Azad Rəhimovun Cenifer Lopezlə görüzü baz tutmadı

img

30-05-2009 [06:30]


2009-cu il sentyabr ayında Bakıda keçirilməsi nəzərdə tutulan "Eurovision" rəqs müsabiqəsi 2010-cu ilə qədər təxirə salınıb. Bu barədə məlumat mia.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən daxil olub. Azərbaycanın bu tədbirə yüksək səviyyədə hazırlaşmasına, iştirkaçı ölkələr üçün müəyyən güzəştlər etməsinə baxmayaraq, dünyada baş verən iqtisasi böhran tədbirin keçirilməsinə öz təsirini göstərib. Maliyyə çətinliyi ilə üzləşən əksər Avropa ölkələrinin İctimai kanalları bu yarışda iştirkadan imtina ediblər. Lakin, xüsusi olaraq vurğulamaq lazımdır ki, Avropa Yayım Şurasının qərarında Azərbaycanın "Eurovision" rəqs müsabiqəsinə ev sahibliyi etməsində heç bir dəyişiklikliyin olmadığı vurğulanıb. Avropa Yayım Şurasının prezidenti Byorn Eriksen : "Dünyada baş verən maliyə böhranına baxmayaraq, Azərbaycan bu layihənin yüksək səviyyədə keçirilməsinə tam təminat vermişdir". Qeyd edək ki, gənclər və idman naziri Azad Rəhimo bu müsabiqəyə bir neçə dünya şöhrətli müğənni və rəqqasələri Azərbaycana gətirmək niyyətində idi. Onlar arasında cazibədarlığı ilə seçilər müğənni-rəqqasə Cenifer Lopez də var idi. Amma "Eurovision" rəqs müsabiqəsinin bu keçirilməməsi Azad Rəhimovun dünya şöhrətli Jenifer Lopezlə görüşünü əngəllədi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA