BQP bələdiyyə seçkiləriylə bağlı yekun qərarını Ali Məclisin mayın 31-dəki iclasında verəcək

img

16-05-2009 [12:47]


[b]Böyük Quruluş Partiyasının (BQP) Neftçilər metrostansiyasının yaxınlığında, Əzim Əzimzadə 4 ünvanda yerləşən qərargah binası əsaslı təmirdən sonra partiya üzvlərinin istifadəsinə verilib.[/b] Bu barədə Müstəqil İnformasiya Agentliyinə (mia.az) BQP Ali Məclisinin sədri Əjdər Əliyev məlumat verib. Ə.Əliyev onu da bildirib ki, artıq partiya yeni qərargahda fəaliyyət göstərir: ?Elə BQP Siyasi Qurulunun son iclası da yeni qərargahda keçirilib. Həmin toplantıda qərara aldıq ki, mayın 31-də partiyanın Ali Məclisinin iclasını keçirək. Məlumat üçün onu deyim ki, Ali Məclisin iclası 31 may, saat 11.00-da başlanacaq. Bu toplantıda partiyanın bu il üçün ən vacib qərarları veriləcək. Bildiyiniz kimi, qarşıdan bələdiyyə seçkiləri gəlir və biz də bu seçkilərdə iştirak etmək niyyətindəyik. Yəqin ki, Ali Məclisdə seçkilərlə bağlı yekun qərar veriləcək. Qərar veriləndən sonra isə bütün qüvvələrimizi səfərbər edərək, seçkiyə ciddi şəkildə hazırlaşacağıq?. BQP yetkilisi partiyanın strukturlaşması məsələsinə də toxunaraq, yeniliklər barədə məlumat verib: ?Bildiyiniz kimi, BQP öz əhatə dairəsini genişləndirməkdədir. Artıq bir sıra rayon və şəhərlərdə partiyanın yerli təşkilatları yaradılıb və fəaliyyət göstərirlər. Hazırda isə Ağdam, Neftçala, Şamaxı və Şəkidən müraciətlər var və orada da BQP-nin yerli təşkilatlarının yaradılması istiqamətində işə başlanılıb. Onu da deyim ki, partiyanın mərkəzi orqanında da bir sıra dəyişikliklər olub və növbəti dəyişikliklər də gözlənilir. BQP başqanı Fazil Mustafanın sərəncamı ilə Etibar Əliyevlə Əjdər Əhmədov başqan müşaviri təyin olunublar. Bundan sonra da yeni simaların partiya rəhbərliyində təmsil olunması planlaşdırılır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA