isa Qəmbərin bu yaxınlarda Türkiyəyə nəzərdə tutulan səfəri ictimaiyyətdən gizli saxlanılır

img

18-05-2009 [04:58]


Müsavat Partiyasının başqanı İsa Qəmbərin Türkiyəyə növbəti səfəri gözlənilir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə (mia.az) Müsavat Partiyasına yaxın şəxslərdən biri məlumat verib. Verilən məlumata görə, İ.Qəmbər iki-üç gün ərzində Türkiyəyə səfərini reallaşdırmaq istəyir. Səfər çərçivəsində İ.Qəmbərin Türkiyə rəsmiləri və bir sıra siyasi dairələrin nümayəndələri ilə görüşəcəyi də bildirilir. Məsələylə bağlı İsa bəyin özü ilə əlaqə saxladıq. Müsavat başqanı isə ?O barədə məlumatın mətbuata verilməsini məqsədəuyğun sayanda informasiya verəcəyik. Səfər ərəfəsində məlumat olacaq?,- deyərək, məlumatı nə təkzib, nə də təsdiq elədi. Qeyd edək ki, Müsavat başqanı hansısa səbəbdən səfərin ictimaiyyətdən gizli saxlanılmasına çalışır. Ona görə də bu barədə mətbuata informasiya verməkdə maraqlı deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA