Səfirimiz Fəxrəddin Qurbanov Şotlandiyada izgüzar səfərdə olub

img

15-05-2009 [09:19]


Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyində redaksiyamıza daxil olan melumata görə, may 14-də səfir Fəxrəddin Qurbanov Şotlandiyada işgüzar səfərdə olub. Səfər zamanı Şotlandiyanın Birinci Naziri, hökumətin rəhbəri Aleks Salmond və Parlamentin vitse-spikeri Alasdair Morqan ilə görüşlər keçirilib. Keçirilmiş görüşlərdə F.Qurbanov ölkəmizdə və bütövlükdə regionda gedən siyasi proseslər, həyata keçirilmiş layihələr, ölkədə yaradılmış əlverişli investisiya mühiti barəsində qarşı tərəfə əraflı məlumat verib. O, həmçinin Birləşmiş Krallığı təmsil edən şirkətlərin ölkəmizin neft və qeyri-neft sektorunda fəal iştirakının məmnunluqla qeyd edib və iqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb. Bununla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Səfir münaqişənin doğurduğu problemlər və hazırda aparılan sülh danışıqlarından bəhs edib. Şotlandiya hökumətinin rəhbəri ölkəmizdə gedən proseslərlə maraqlanmış və münasibətlərin sıxlaşdırılması üçün imkanların araşdırılmasının vacibliyini önə çəkmişdir. Görüşlərdə eyni zamanda iki ölkənin parlament qurumları arasında əlaqələrin mövcud vəziyyəti müzakirə mövzusu olmuş və bu istiqamətdə əlaqələrin genişləndirilməsinə zərurət olduğu qeyd edilmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA