Azərbaycanda qaban ovu da qadağan edilə bilər

img

15-05-2009 [03:46]


Azərbaycanda 2009-ci ilin yay ov mövsümünün başlanmasına az qalır. İyunun birinci ongünlüyündə respublika ərazisindəki ovçuluq təsərrüfatlarının qapıları ovçuların üzünə açılacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti bu il fevralın 28-dən ölkə ərazisində ov mövsümünü bağlayıb. Mart, aprel və may ayları ovuna icazə verilmiş heyvanlarn cütləşməsi, bala dünyaya gətirməsi dövrü olduğundan göstərilən müddətdə bütün ovçuluq təsərrüfatları qapalı saxlanılır. İyunun əvvəllərində isə yeni ov mövsümü başlayacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, dünyada yayılan ?donuz qripi? ilə əlaqədar yay ov mövsümündə qaban (çöldonuzu) ovu qadağan edilə bilər. Nazirlikdən bildirilib ki, qadağa barədə qərarın bu ayın sonlarında verilməsi mümkündür. Qeyd edək ki, dünyada yayılan ?quş qripi? ilə əlaqıdar Azərbaycanda çöl quşlarının ovuna dörd ildən çoxdur icazə verilmir. Xatırladaq ki, yay ov mövsümündə məməli heyvanlardan qaban, dələ, dovşan, qunduz, dağ keçisi (təkə), yenatn ovuna icazə verilir. Respublika Ovçular və Balıqçılar Cəmiyyətinin 20 minə yaxın üzvü var.

Digər xəbərlər
SON XƏBƏRLƏR