AMiP daxilində gərginlik artır

img

14-05-2009 [05:41]


[b]Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) daxilində yenə də gərginlik yaranıb. Belə ki, partiyanın qurultayının keçirilməməsi Goranboy rayon təşkilatının sədri Fəqani Məhərrəmovun narazılığı ilə qarşılanıb. [/b] F.Məhərrəmov partiya rəhbərliyini qurultayı mənasız bir işə çevirməkdə ittiham edib. O, hətta partiya rəhbərliyinin istefa tələbini də irəli sürüb. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən AMİP mətbuat və təbliğat katibi Əli Orucov isə F.Məhərrəmovun məsələni şişirtdiyini bildirib: ?Bildrilir ki, partiya üzvləri üçün qurultayın keçirilməsi əhəmiyyətini itirib. Maraqlıdır, görəsən, Fəqani bəy nə zaman partiya üzvləri adından danışmaq səlahiyyəti alıb? Sadəcə, qurultayın keçirilməməsnin səbəbi yer problemi ilə bağlıdır. Biz cari il ərzində qurultay keçirmək haqqında düşünürük, təbii ki, yer problemini həll edə bilsək. Ona görə də bu məsələni şişirtmək lazım deyil?. Partiya rəhbərliyinin istefa verməsi ilə bağlı tələbə gəldikdə isə Ə.Orucov deyib ki, tənqidi fikirlərlə hər zaman barışmaq lazımdır, amma bu tənqid ona aid edilə bilməz: ?Əgər bu fikirlər kimlərə şamildirsə, buyurub nəticə çıxarsınlar. Partiyanın mətbuat katibi olaraq, səlahiyyətimdən də artıq işlər görməyə çalışmışam. Amma elə məsələlər var ki, bu, Əli Orucovun və partiya rəhbərliyinin səlahiyyətindən kənardır. Azərbaycanda ümumilikdə siyasi sistem elədir ki, müxalifəti bir qədər zəiflədib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA