isa Qəmbər Türkiyədən bu gün qayıdıb

img

25-05-2009 [01:04]


Müsavat Partiyasının başqanı İsa Qəmbər bu gün səhər Türkiyədən qayıdıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Müsavat başqanının müavini Mehman Cavadoğlu məlumat verib. M.Cavadoğlunun sözlərinə görə, İ.Qəmbər dünən Türkiyə səfərini başa vurub, bu gün səhər Bakıya dönüb: ?İsa bəy əvvəlcə həmin beynəlxalq konfransda iştirak edib. Dünən isə Ankarada Böyük Birlik Partiyasının qurultayına qatılıb. Bildiyiniz kimi, böyük Birlik Partiyasının mərhum sədri Mösün Yazıçıoğlunun yerinə sədr seçilməli idi. Bununla bağlı keçirilən qurultaya İsa bəyi də dəvət etmişdilər. O da həmin tədbirdə iştirak edib və səhərisi Bakıya qayıdıb?. Xatırladaq ki, İsa Qəmbər Almaniyanın ?Fridrix Nauman? Fondunun təşkil etdiyi beynəlxalq konfransda iştirak etmək üçün qardaş ölkəyə getmişdi. Sözügedən tədbirdə Avropa dövlətlərinin təmsilçiləri də iştirak edib və Cənubi Qafqazdakı mövcud ictimai-siyasi durum barədə fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA