ABŞ qubernatorları 28 May - Respublika günü münasibətilə Azərbaycan icmasını təbrik edib

img

14-05-2009 [11:54]


ABŞ-ın Yuta ştatının qubernatoru Con Huntsman və Oreqon ştatının qubernatoru Teodor Kulonqoski 28 May - Respublika günü münasibətilə Azərbaycan icmasına təbrik məktubları ünvanlayıblar. Azərbaycanın Los Ancelesdəki baş konsulluğundan bildirmişlər ki, məktublarda Respublika gününü qeyd edən bütün soydaşlarımız, eləcə də ABŞ-dakı Azərbaycan icması təbrik olunmuşdur. Qeyd edilmişdir ki, azərbaycanlılar öz bacarıqları, zəhməti və səyləri ilə Amerika Birləsmiş Ştatlarının tarixi, incəsənəti, elmi və mədəniyyətinə, onun daim artan müxtəlifliyinə töhfə veriblər. Azərbaycanda 1918-ci ildə ilk dəfə olaraq kişi və qadına bərabər səsvermə hüququnun verilməsinin qeyd olunduğu məktublarda ölkənin azadlığı, müstəqilliyi və toxunulmazlığı xüsusi vurğulanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA