Birləzmiz müxalifət liderlərinin toplantısı təxirə salınıb

img

13-05-2009 [08:41]


Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatına daxil olan partiya liderlərinin bu gün keçirilməsi nəzərdə tutulan toplantısı təxirə salınıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən hərəkata daxil olan Axərbaycan Liberal Partiyanın sədr əvəzi Əvəz Temirxanın sözlərinə görə, liderlərin növbəti toplantısı yaxın günlərdə keçiriləcək. Ə.Temirxan bildirib ki, hərəkat rəhbərlərinin hər çərşənbə günü keçirilən toplantının təxirə salınması Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və bir sıra texniki məsələlərlə bağlıdır: ?Bildiyiniz kimi, bu gün Ərdoğan ölkəmizdə səfərdə idi. Bununla bağlı bir sıra tədbirlər keçirildi. Hərəkatın üzvlərindən olan Ümid Partiyasının sədri İqbal Ağazadə də Milli Məclisdə keçirilən tədbirdə iştirak edirdi. Bu və digər məsələlərə görə bugünkü toplantı təxirə salındı. Yəqin ki, yaxın günlərdə hərəkat təsisçiləri bir araya gələcəklər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA