Arif Hacılı birləzmiz müxalifətin ayrı-ayrı seçki qrupları formatında mübarizə aparmasını istəyir

img

13-05-2009 [11:24]


?Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatındakı partiyalar bələdiyyə seçkiləri ilə bağlı lazım olan qərarları verib. Burada heç bir problem yoxdur. Biz çalışacağıq ki, daha çox seçki qrupu qeydiyyata alınsın. Əgər hərəkata daxil olan partiyaların müxtəlif siyahılarının qeydə alınmasına nail olsaq, təbii ki, bu, daha geniş siyasi kampaniya aparmağa imkan verəcək?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. Onun sözlərinə görə, bələdiyyə seçkilərində bir neçə seçki qrupunun qeydiyyatdan keçməsi və fəaliyyət göstərməsi təbliğat imkanlarını da artırır: ?Bu zaman daha çox televiziya çıxışları əldə etmək mümkündür. Eyni zamanda təbliğat işi qurularkən, siyasi fəaliyyət aparılarkən rəngarəng bir mənzərənin olması, bütün siyasi qüvvələrin güclərini ortaya qoymaqla və fəaliyyətlərini koordinasiya etməklə ciddi nəticələrə nail olması mümkündür?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA