NATO Gürcüstanın Vaziani hərbi bazasında təlimə bazlayıb

img

12-05-2009 [04:09]


Gürcüstanın Vaziani hərbi bazasında NATO-nun ?Cooperative Longbow 2009? hərbi təliminə start verilib. Gürcüstanın müdafiə naziri Vasil Sixarulidzenin də iştirak etdiyi mərasimə Azərbaycan da daxil olmaqla 14 ölkədən hərbçilər qatılıb. Bu barədə Lent.az Gürcüstan Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumat verir. Nazir bildirib ki, ötən ilin avqust ayında baş vermiş müharibə və Gürcüstanın itkilərinə baxmayaraq gürcü ordusunda islahatlar müvəffəqiyyətlə aparılır. NATO-nun Madriddəki Quru Qüvvələri Komponentinin komandanı generalı Kayetano Miru Valls bildirib ki, təlim iştirakçıları planlaşdırma, koordinasiya və əməkdaşlıq məsələlərini nəzərdən keçirəcəklər. ?Cooperative Longbow 2009? hərbi təliminin PfP proqramına daxildir və 2001-ci ildən Gürcüstanda keçirilir. Təlimin məqsədi böhranlara cavabvermə və sülh şəraitində birgə əməliyyatlar aparmağa yönəlib. Təlimdə Gürcüstan hərbçiləri də daxil olmaqla 14 ölkədən 1 100 əsgər və zabit iştirak edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA