ADP Milli Məclisə və Prezident Administrasiyasına təkliflər verəcək

img

12-05-2009 [03:10]


?ADP Seçki Məcəlləsinə və bələdiyyələrlə bağlı bir sıra qanunvericilik aktlarına dəyişiklik edilməsini istəyir. Artıq bununla bağlı təkliflər paketi də işləyib hazırlamışıq. Yəqin ki, yaxın müddətdə təkliflərimizi Milli Məclisə və Prezident Administrasiyasına təqdim edəcəyik?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə ADP sədrinin müavini Taliyyət Əliyev deyib. T.Əliyev onu da bildirib ki, bu günə kimi mövcud seçki qanunvericiliyinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı müvafiq hakimiyyət orqanlarına təkliflər ünvanlasalar da, müsbət cavab almayıblar: ?Bilirsiniz ki, hakimiyyət ötən prezident seçkilərində Seçki Məcəlləsinə müəyyən əlavə və dəyişikliklər etdi, amma bu dəyişikliklər daha da mürtəce xarakter daşıdı. Hesab edirik ki, indiki seçki qanunları ilə normal fəaliyyət göstərmək mümkün deyil. Ona görə də qərara almışıq ki, seçki qanunvericiliyində dəyişikliklərin edilməsi ilə bağlı təkliflərimizi verək?. ADP funksioneri onu da vurğulayıb ki, hazırda qüvvədə olan qanunvericiliyə görə bələdiyyə seçkilərində iştirak etmək istəyən təşkilatlara inzibati maneələr var. Onun sözlərinə görə, seçkiyə qatılan namizədlərdən o qədər sənəd tələb olunur ki, partiyaların buna nə maddi, nə də ki, fiziki imkanı çatmır: ?Ona görə də biz hesab edirik ki, seçkilərdə maneə yaradan bir sıra inzibati presedurlar aradan qaldırılmalıdır. Hazırladığımız təkliflər paketində də bütün bu məsələlər öz yerini tapıb. Düşünürük ki, hakimiyyət demokratik seçki mühitinin formalaşdırılması üçün təkliflərimizi qəbul etməlidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA