Pənah Hüseyn Bakıdakı cihad çağırızlarını islam düzmənlərinin etdiyini deyir

img

09-05-2009 [05:29]


Xəbər verildiyi kimi, Bakının Nərimanov və digər rayonlarında ?Azərbaycan Dövlət Neft Akademiyasında ölənlərin qanı yerdə qalmasın!?, ?Qana qan!?, ?Səbrə yox!? və s. məzmunlu çağırış vərəqələri yayılıb. Bəziləri bu çağırışları dini məzmun daşıdığına görə cihada çağırış kimi dəyərləndirirlər. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən millət vəkili Pənah Hüseyn isə yayılan çağırış-vərəqələri provakasiya kimi qiymətləndirib: ?Əgər kim bu cür qanunsuz çağırış vərəqələri yayırsa, məhkəmə onun cəzasını verməlidir. Ümumiyyətlə, bu cür addımları provakasiya hesab edirəm. Elementar təxribatdır?. Pənah bəy bu çağırışlarının dinlə əlaqələndirilməsini düzgün saymır. Onun sözlərinə görə, bu cü çağırışlar edənlər İslam dininin düşmənləridir: ?Bütün bunları İslamın düşmənlərinin provokasiyası hesab edirəm. Bu, daxildən də, xaricdən də ola bilər. Əgər həmin çağırışlar bu qəbildəndirsə, elementar, çılpaq təxribat xarakteri daşıyır. Yəqin ki, bu vərəqələrin kimlər tərəfindən yayılmasını tapmaq çətin məsələ deyil. Xüsusi xidmət orqanlarının hansısa marağı yoxdursa, həmin vərəqələri yayanlar asanlıqla tapılacaq. Xüsusi xidmət orqanlarının belə vərəqələri yayanları tapmaması şübhə doğura bilər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA