AiDP sədri Siyavuz Novruzovu savadsızlıqda ittiham etdi

img

12-05-2009 [12:54]


[b]Milli Məclisin son iclasında YAP-çı deputat Siyavuş Novruzovun dini mərasimlər, Qafqaz Müsəlmanları İdarəsi haqda dedikləri tənqidi fikirlər Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) narazılığına səbəb olub.[/b] Müstəqil İnformasiya Agentliyinə açıqlama verən AİDP sədri Tahir Abbaslı din və mənəviyyat məsələlərində bilgisi olmayan deputatların bu barədə danışmasından narahat olduğunu bildirib. AİDP sədri vurğulayıb ki, din problem deyil, əksinə, problemin yaranma səbəblərini araşdırıb, onun müalicəsini təşkil edəndir: ?Biz bunu dəfələrlə demişik. Parlamentdə yas mərasimlərinin dəbdəbəli keçməsinin, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) kolbasa, sosiska istehsalına hallal məhsul kimi müsbət rəy verməsinin tənqid olunması və bunları dinin problemi kimi təqdim etmək savadsızlıqdır. Birincisi, yas mərasimlərini dəbdəbəli keçirənlər cəmiyyətin sıravi üzvləri deyil. Müşahidə etsək görərik ki, belələri iqtidar mənsubları, parlamentdə təmsil olunanlardır. Hesab edirəm ki, bunu problem kimi görənlər ilk növbədə özləri nümunə göstərməlidirlər. QMİ-nin rəy verməsinə gəlincə, mən burada bir problem görmürəm. Problem ondadır ki, bu gün dindarlar halal məhsul tapmaqda çətinliklə üzləşiblər. Belə bir zamanda QMİ-nin mötəbər və inanılmış bir qurum kimi insanlara bu işdə yardım etməsi yanlış deyil. Məncə bu məsələnin qabardılmasında hansısa qrupun biznes marağı mühum rol oynayıb. Görünür, kimlərinsə istehsal etdiyi kolbasa, sosiska bazarda yaxşı getmədiyindən bu məsələni Milli Məclis səviyyəsində qaldırıblar. Papadan misal çəkənlərin nəzərinə çatdırmaq istəyirəm ki, Qərbdə halal, haram məsələsi İslam dünyasında olduğu kimi aktual deyil. Məncə, bu məsələyə həssaslıqla yanaşmaq lazımdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA