Müxalifətin növbəti seçkilərdəki qələbəsindən danızmaq hələ tezdir

img

29-04-2009 [02:22]


[b]Eldar Namazov: ?Ölkədə demokratik seçki mühiti yaratmayana qədər hansısa siyasi qüvvənin uğurundan danışmaq çətin olacaq?[/b] ?Hazırda bələdiyyə seçkilərinə hazırlıqların nə yerdə olduğunu demək bir qədər çətindir. Çünki hər bir partiya öz daxilində müəyyən hazırlıq işləri görür. Seçki prosesi də rəsmi şəkildə başlamayıb və heç kim də ortaya konkret fəaliyyət qoymayıb ki, bunu qiymətləndirmək mümkün olsun?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə ?Azərbaycan Naminə? İctimai Forumun (ANİF) prezidenti Eldar Namazov bələdiyyə seçkilərinə hazırlığın hansı səviyyədə olması ilə bağlı məsələyə münasibət bildirərkən deyib. E.Namazovun sözlərinə görə, proses yekunlaşandan sonra bəlli olacaq ki, kim seçkilərə daha yaxşı hazırlaşıb. ANİF prezident onu da bildirib ki, müxalifətinbələdiyyə seçkilərində qazana biləcəyi uğurdan danışmaq hələ tezdir: ?Çünki hazırda ölkədə demokratik seçki mühiti yoxdur. Bundan əlavə, insanlarda seçki ilə nəyisə dəyişməyin mümkünlüyü barədə inam azalıb. Ona görə də ilk növbədə çalışmalıyıq ki, insanlarda həm bələdiyyələrə, həm ölkədə seçkilərə inamı bərpa edək. Bu inam aşağı səviyyədə olduğu yerdə, heç bir siyasi qüvvənin uğurundan danışmaq mümkün olmayacaq. Düşünürəm ki, indiki şəraitdə insanların seçkiyə inamını bərpa etmək və azad seçkilərin keçirilməsinə nail olmaq ən vacib məsələdir. Odur ki, ölkədə demokratik seçki mühiti yaratmayana qədər hansısa siyasi qüvvənin uğurundan, yaxud məğlubiyyətindən danışmaq çətin olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA