Birləzmiz müxalifət etiraz aksiyalarına bazlaya bilər

img

11-05-2009 [01:24]


[b]Məlum olduğu kimi, Qarabağ və Respublika Uğrunda Hərəkatda təmsil olunan partiyalar müxalifətçi gənclərin həbsini pisləyərək, onların dərhal azadlığa buraxılması ilə bağlı bəyanat veriblər. Ancaq birləşmiş müxalifət məsələylə bağlı konkret addımlar atmaq niyyətindədir.[/b] Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Azərbaycan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan deyib ki, məsələ hərəkatın gündəmindədir və yaxın günlərdə liderlər bir araya gələrək, müəyyən qərarlar verəcəklər: ?Yaxın günlərdə Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olan 6 partiyanın rəhbəri bir araya gələcək və məsələ yəqin ki, orada müzakirə olunacaq. Sözsüz ki, hakimiyyətin bu anti-demokratik, zorakı addımı ilə bağlı beynəlxalq təşkilatlara da müraciət olunacaq?. Ə.Temirxan birləşmiş müxalifətin etiraz aksiyaları keçirməsini də istisna etməyib: ?Bildiyiniz kimi, gənclər etiraz aksiyaları keçirərkən həbs olunublar. Bizim etiraz aksiyalarımız ölkədəki ümumi ictimai-siyasi proseslərin kontekstində keçirilə bilər. Liderlərin müzakirəsi zamanı konkret detallar, hansı məsələlərlə bağlı addımların atılması müzakirə olunacaq?. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı da məsələnin hərəkatda müzakirə olunacağını bildirib. Onun sözlərinə görə, hakimiyyətin bu addımı cavabsız qalmayacaq, hər hansı bir addımların atılması istisna deyil. Arif bəy onu da deyib ki, beynəlxalq təşkilatlar da məsələdən xəbərdardır: ?Beynəlxalq təşkilatlara dünən məlumat verilib. Məlumat üçün deyim ki, istər ATƏT, istər Amerika səfirliyinin nümayəndələri dünən gənclərin həbs olunduğu ərazilərə gedirdiblər və məsələylə ciddi şəkildə maraqlanıblar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA