AiDP Neft Akademiyasındakı faciəni terror kimi qiymətləndirir

img

04-05-2009 [12:35]


Aprel ayının 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş verən qanlı olayla bağlı Azərbaycan İslam Demokrat Partiyası (AİDP) bəyanat yayıb. Müstəqil İnformasiya Agentliyinə daxil olan bəyanatda qeyd olunur ki, Azərbaycan Dövlət Neft Akademiyasında 13 nəfərin amansızlıqla qətlə yetirilməsi, bir o qədər də insanın xəsarət alması ?islamçı demokrat?ları sarsıdıb: ?Əksəriyyəti gənclər olmaq etibarəilə bu qədər insanın qətlə yetirilməsini xalqımızın başına gələn faciə kimi qiymətləndiririk. Azərbaycan İslam Demokrat Partiyasının üzvləri Azərbaycan Dövlət Neft Akademiyasında həlak olanların ailələrinə, eləcə də xalqımıza dərin hüznlə başsağlığı verir, onlara Allahdan səbr, dözüm diləyirlər. Xəsarət alanlara isə tezliklə şəfa tapmalarını arzulayırıq?. AİDP ali təhsil müəssisəsində baş verən qanlı olayı terror hadisəsi kimi qiymətləndirir və hesab edir ki, bu faciə əvvəlcədən planlaşdırılaraq Azərbaycan iqtidarına təsir göstərmək niyyəti güdüb: ?Hesab edirik ki, baş verən qanlı olay daxili və xarici siyasətdə yol verilən yanlışlıqların nəticəsidir. Bu yanlışlıqlara başbilənlərimizin, ziyalılarımızın indiyə kimi xalqımızın və dövlətimizin həqiqi düşmənlərini bizə tanıtdıra bilməməsini daxil etmək olar. Bundan başqa, biz dəfələrlə qeyd etmişik ki, Azərbaycan iqtidarı özünü cəmiyyətə fədakar, qəhrəman, bacarıqlı, iş görən, qabiliyyətli kimi təqdim etsə də, əksər məqamlarda hadisələri izləməkdən başqa çarəsi olmur. Ən həssas məqamlarda baş verən və baş verə biləcək hadisələrin qarşısını almaq imkanlarını ortaya qoya bilmir. Bu da hər bir görülən işdə önə biznes maraqlarının çəkilməsi ilə bağlıdır. Tarixi təcrübə göstərir ki, görülən işlərdə təkcə biznes maraqları önə çəkiləndə onun sonu ağır faciələrlə nəticələnir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA