ADP ölkədəki ictimai-siyasi durumla bağlı bəyanat yayıb

img

09-05-2009 [05:17]


Azərbaycan Demokrat Partiyasının Ali Məclisi Azərbaycandakı ictimai-siyasi hadisələrlə bağlı bəyanat yayıb. ADP mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, bəyanatda ölkədəki ictimai-siyasi və iqtisadi proseslərin pisləşmə istiqamətdə davam etdiyi bildirilir. Ali Məclis 18 mart 2009-cu il tarixdə keçirilən referendumun nəticələrini Azərbaycanda konstitusion demokratiyanın ləğv edilməsinə yönəlmiş addım kimi dəyərləndirir. Ali Məclis iqtidarın qlobal iqtisadi böhranın nəticələrindən ölkə əhalisinin qorunması ilə bağlı effektiv tədbirlər proqramı həyata keçirməməsi ölkə əhalisinin getdikcə kasıblaşmasına xidmət etdiyini və enerji daşıyıcılarının dünya bazarında ucuzlaşmasından sonra, ölkədə bundan əvvəl qaldırılmış qiymətlərin endirilməməsini faktiki olaraq böhranın bütün ağırlığının vətəndaşların üzərinə salınması cəhdi kimi qiymətləndirir. Ali Məclis son aylar bir-birinin ardınca ölkədə terror hadisələrinin törədilməsi faktlarını təhlükəli tendensiya kimi qiymətləndirib və bunu ölkə vətəndaşlarının daxili təhlükəsizliyinə iqtidarın təminat verə bilməməsi kimi dəyərləndirib. Ali Məclis müxalifət partiyalarının inteqrativ meyllərini alqışlayıb və bu cəhdlərinin davam etdirilməsinin zəruriliyini xüsusi qeyd edib. Ali Məclis Azərbaycanın NABUKKO qaz layihəsinə qoşulmasını, NATO sammitində iştirakını və NATO-nun hərbi təlimlərinə qatılmasını, xüsusən Avropa İttifaqı ilə ?Şərq Tərəfdaşlığı? Proqramına qoşulmasını ölkəmizin Qərbə inteqrasiyası istiqamətirndə növbəti addım kimi təqdir edir. Ali Məclis ölkə vətəndaşlarını regionda baş verən ciddi ictimai-siyasi proseslər fonunda Azərbaycanın demokratikləşməsi istiqamətində daha fəal mövqe nümayiş etdirməyə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA