Qarabağ və Respublika Uğrunda Hərəkatın liderləri ilə görüzlər davam etdiriləcək

img

27-04-2009 [05:04]


[b]Demokratiya Uğrunda İttifaqın (DUİ) liderləri Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatının təsisçiləri ilə görüşü davam edə bilərlər. Bu barədə Müstəqil İnformasiya Agentliyinə DUİ-nin parlament təmsilçisi, millət vəkili Pənah Hüseyn məlumat verib.[/b] Qeyd edək ki, DUİ rəhbərləri ötən həftə sözügedən hərəkata daxil olan Müsavat Partiyasının başqanı İsa Qəmbər və Ümid Partiyasının sədri İqbal Ağazadə ilə görüəşərək, bir sıra məsələləri müzakirə ediblər. Bu barədə açıqlama verərkən P.Hüseyn deyib ki, Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatının digər təsisçiləri ilə də görüş planlaşrılır: ?Bu məsələləri DUİ-nin sədri Mirmahmud Mirəlioğlu koordinasiya edir. Ona görə də konkret deyə bilmərəm ki, bu həftə kimlərlə görüşəcəyik. Ancaq onu deyim ki, digər partiya rəhbərləri ilə də görüşmək və fikir mübadiləsi aparmaq fikrimiz var. Mənə elə gəlir ki, bu məsləhətləşmələr nəhayət ki, başa çatmalıdır?. P.Hüseyn onu da bildirib ki, hərəkata daxil olan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə DUİ arasında münasibətlərin gərgin olmasının bu görüşlərə elə də təsiri olmayacaq. Onun sözlərinə görə, keçirilən görüşlər müxalifətdaxili münasibətlərin normallaşmasına hesablanıb: ?Biz siyasətlə məşğuluq və burada hansısa münasibətlərin gərgin olması elə də ciddi önəm daşımamalıdır. Hesab edirəm ki, görüşüb müzakirələr aparmaqla da bu gərginliklərə son qoymaq olar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA