?Dağlıq Qarabağ münaqizəsi tezliklə həll olunsa, itirən tərəf Azərbaycan olacaq?

img

09-05-2009 [03:45]


?Prezidentlərin Praqa görüşünün nəticələri açıqlanmadığı üçün birmənalı fikir söyləmək xeyli çətindir. Düşünürəm ki, Praqada bundan əvvəl müzakirə olunan məsələlər barədə fikir mübadiləsi aparılıb?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Azərbaycan və Ermənistan prezidentlərinin Praqa görüşünü şərh edən politoloq Elxan Mehdiyev deyib: ?Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Moskvada baş tutan görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinə daha həssas yanaşma diqqəti cəlb edir. Düşünürəm ki, prezidentlərin Praqa görüşü yaxın vaxtlarda keçirilməsi planlaşdırılan Sankt-Peterburq görüşünə hazırlıq xarakteri daşıyır. Ola bilsin ki, Əliyev və Sərkisyan arasında aparılan danışıqların qaranlıq məqamlarına Sankt-Peterburq görüşündə aydınlıq gətirilsin. Çünki Sankt-Peterburqda ATƏT-in Minks Qrupunun həmsədri olan ölkələrin prezidentləri - Obama, Sarkozi və Medvedyev də iştirak edəcəklər. Hər üç prezident çalışır ki, Sankt-Peterburq görüşündə tərəflər razılığa gələ bilsinlər. Yəni, əldə olunmuş şifahi razılıq rəsmiləşdirilsin. Hesab edirəm ki, proseslərin bu cür inkişafı daha çox Ermənistana sərf edir. Məncə, bu məsələdə itirən tərəf Azərbaycan olacaq?. ABŞ-ın Dağlıq Qarabağa ayırdığı yardımı dayandırmasına gəlincə, Elxan Mehdiyev rəsmi Vaşinqtonu provakasiya ilə məşğul olmaqda suçladı: ?Hələlik yardımı kəsməsi sual altındadır. Düzdür, Administrasiya o təklifi verib, amma Konqres yenidən Dağlıq Qarabağın adını oraya əlavə edə bilər. Bu zaman isə hökumət geri çəkilməli olacaq. ABŞ dünyada yeganə ölkədir ki, erməni işğalçıları və separatçılarına birbaşa yardım göstərir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA