ABŞ Ermənistana etdiyi maddi yardımı dayandırmaqla, Sərkisyan iqtidarını çıxılmaz vəziyyətlə üzləzdirib

img

08-05-2009 [06:19]


Amerika hökuməti Ermənistana qarşı sərt addım ataraq, həmin ölkəyə etdiyi maddi yardımını dayandırıb. Rəsmi Vaşinqtonun bu addımının Ermənistanın tutduğu siyasi mövqeyi ilə bağlı olduğu bildirilir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən politoloq Zərdüşt Əlizadə deyib ki, bu, Ermənistana bir mesajdır: ?Amerika bununla Ermənistana deyir ki, sənin siyasətin mənim xoşuma gəlmir, mənim verdiyim pulları xərcləyirsiniz, amma xoşuma gəlməyən siyasət yürüdürsünüz. Müstəqillik illərində ABŞ-ın Ermənistana göstərdiyi təmənnasız, əvəzsiz maliyyə yardımının həcmi 1,7 milyard dollardır. Bizim mətbuatda Rusiyanın Ermənistana hərbi yardımından çox yazırlar. Amma fakt odur ki, Amerikanın Ermənistana yardımı Rusiyanınkından daha çoxdur. Çünki verilən silahın zavod qiymətini elan edirlər, amma onu bazara çıxarsan, bəlkə bir milyona alan deyillər. Çünki bazar qiyməti başqadır, zavod qiyməti başqa. Ola bilsin ki, Rusiyanın Ermənistana verdiyi silahın qiyməti bir neçə yüz milyon dallardır, amma Amerika həmin ölkəyə 1,7 milyard dollar pul verib. Bu, Ermənistan kimi ağır vəziyyətdə olan bir dövlət üçün ciddi rəqəmdir?. Politoloq ABŞ-ın bu addımının Qarabağ münaqişəsinin həllinə müsbət təsir edə biləcəyini də vurğulayıb. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti seçim qarşısında qalacaq: ?Ermənistan hakimiyyətinin pulu azdır. İndi o, ya pulu xalqa xərcləməlidir ki, xalq ayağa qalxıb onu devirməsin, ya da orduya, silaha pul ayıra bilməyəcək. Ona görə də, məcbur olacaq ki, Qarabağla bağlı mövqeyini yumuşaltsın. Yox, əgər az olan pulunu ancaq hərbiyə xərcləsə, onda xalq üsyan edəcək. Hazırda Ermənistanın imkanları çox məhduddur. Erməni diasporası da boğaza yığılıb, daha pullarını əvəzsiz olaraq, tüfeyli dövlətə xərcləmək istəmir. Həm də unutmayın ki, diaspora pulu o zaman verirdi ki, Amerika hökuməti də pul verirdi. Diasporanın ümumi xətti Amerika hökumətinin siyasi xətti ilə üst-üstə düşürdü. ABŞ Ermənistana narazılığını açıq-aşkar bildirdiyi bir məqamda, diaspora da Amerika hökumətinin bəyənmədiyi siyasəti dəstəkləmək üçün pul verməyəcək?. Z.Əlizadə onu da vurğulayıb ki, bütün bunlardan Ermənistan hökuməti nəticə çıxarmalıdır, əks halda onları ciddi daxili sarsıntılar gözləyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA