Müxalifət liderləri parlament seçkiləri ilə bağlı gizli danızıqlar aparır

img

08-05-2009 [05:24]


[b]İsa Qəmbər, Əli Kərimli və Lalə Şövkət arasında seçkiyə birgə getməklə bağlı ilkin razılıq əldə olunub[/b] Qarşıdan gələn bələdiyyə seçkilərinə birgə getmək qərarı verən müxalifət partiyaları 2010-cu il parlament seçkilərində də birgə iştirak edə bilərlər. Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə müxalifət funksionerlərindən biri verib. Verilən məlumatda qeyd olunur ki, hazırda Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və ALP lideri Lalə Şövkət arasında bununla bağlı ilkin razılıq əldə edilib: ?Məndə olan məlumata görə, liderlər parlament seçkilərində vahid qüvvə kimi iştirak etmək istəyirlər. Xatırlayırsınızsa, 2005-ci il parlament seçkilərində də ?Azadlıq? Seçki Blokunda birləşən müxalifət partiyaları müəyyən uğur əldə etmişdilər. Amma budəfəki strategiya bir qədər fərqli olacaq. Yəni liderlərin özləri seçkilərə qatılmayacaqlar, namizədlər əsasən partiyanın ikinci, üçüncü simaları olacaq. Digər nüfuzlu şəxslərin də namizədliyi irəli sürülə bilər. Liderlərin özlərinin seçkidə iştirak etməməsi isə hakimiyyətin onları nə yolla olursa-olsun parlamentə buraxmaq istəməməsi ilə bağlıdır. Bildyiniz kimi, ötən parlament seçkilərində nə İsa Qəmbər, nə Əli Kərimli, nə Rəsul Quliyev, nə də Sərdar Cəlaloğlu parlamentə buraxılmadı. Sadəcə, Lalə Şövkətin qələbəsi tanınmışdı, amma o da saxtakarlığa etiraz əlaməti olaraq, mandatdan imtina etdi. Bu səbəblərə görə də liderlər birgə iştirak qərarları versələr də, özləri prosesdə iştirak etməyəcəklər. Amma hələki bu qərarlarını ictimaiyyətdən gizli saxlayırlar?. Məsələylə bağlı MİA-ya açıqlama verən AXCP sədrinin müavini Nurəddin Məmmədli hazırda bu istiqamətdə hər hansı bir müzakirənin aparılmasından xəbərsiz olduğunu bildirsə də, parlament seçkilərində müxalifətin bir arada olmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, müxalifət qüvvələrinin bir yerdə olması və seçkilərdə birgə iştirakı qələbə şansını daha da artırır: ?Bildiyiniz kimi, 2005-ci il parlament seçkilərində müxalifətin əsas qüvvələri ?Azadlıq? blokunda bir arada idi. Mübaliğəsiz demək olar ki, biz o seçkidə 70-dən çox dairədə qalib gəlmişdik. Belə bir uğurun əldə olunması müxalifət qüvvələrinin bir arada olması ilə bağlıdır. Ona görə də, düşünürəm ki, qarşıdan gələn parlament seçkilərində də bir yerdə olmaq məqsədəuyğundur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA