AMiP müxalifətin yeni güc mərkəzini yaratmaq istəyir

img

29-04-2009 [12:52]


?Qarşıdan gələn bələdiyyə seçkilərində iştirak etmək üçün yeni güc mərkəzi yaratmaq istiqamətində müəyyən addımlar atmaq niyyətindəyik. Bu yöndə ilkin razılaşmalar var, amma hələlik qəti qərarımız yoxdur?. Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat və təbliğat katibi Əli Orucov Müstəqil İnformasiya Agentliyinə deyib. Ə.Oruclu yeni güc mərkəzi yaratmaq niyyətində olduqlarını bildirsə də, hələlik bunun üçün zamanının çatmadığını deyib: ?Əgər hər hansı blokda iştirak ediriksə, bunun səbəbləri olmalıdır. Yaradılacaq birliyi də nəyinsə xatirinə yaratmırıq. Söhbət ondan gedir ki, cari ildə mühüm hadisə, bələdiyyə seçkiləri gözlənilir. Partiya olaraq, bu seçkilərə ciddi hazırlaşmaq niyyətimiz var. Bu baxımdan, düşünürük ki, seçkidə hansı formatda iştirak etsək, daha məqsədəuyğun olar. Mənim şəxsi qənaətimə görə, bələdiyyə seçkilərində hər hansı partiyanın təkbaşına iştirakı o qədər də müsbət nəticələr vəd etmir. Çünki bələdiyyə seçkilərində ən azı minlərlə insan namizəd kimi iştirak etməlidir. Minlərlə müşahidəçi, komissiya üzvü lazımdır. Bu qədər insanı cəmləşdirmək, nəzarət etmək və uğur qazanmaq isə çox çətindir. Ona görə də bəzi siyasi qüvvələrlə bir araya gələrək, güc mərkəzi yaratmaq və bu formatda seçkiyə getmək daha səmərəlidir. Təbii ki, bunun üçün ciddi müzakirələr aparılmalı, sonra qərar verilməlidir?. AMİP sözçüsü onu da deyib ki, yaratmaq istədikləri güc mərkəzi müxalifətin hazırkı birliyindən fərqlənəcək. Onun sözlərinə görə, bu birlikdə əsasən mövqeləri üst-üstə düşən qüvvələr bir araya gələcəklər: ?Bildiyiniz kimi, hazırda müxalifətin digər partiyalarının birləşdiyi hərəkatda bir qədər qeyri-səmimi mühit var. Onlar arasındakı əməkdaşlıq da səmimi deyil. Çünki bir müddət əvvələ kimi ordakı partiyalar bir-birini ittiham edirdi, münasibətləri heç zaman yaxşı olmayıb. Biz isə belə birlik yaratmaq istəmirik. Əsas istəyimiz odur ki, yaradacağımız birlik sağlam prinsiplər üzərində qurulsun və bura daxil olan qüvvələr eyni mövqedən çıxış etsinlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA