Fəzail Ağamalı müxalifətin matəm çağırızını qəbul etmir

img

07-05-2009 [05:55]


?Müxalifətin söylədikləri cəmiyyət tərəfindən qəbul olunan fikirlər deyil. Bu və bunabənzər hadisələrdə həmişə müxalifətin bəzi qanadları öz məqsədləri üçün istifadə etməyə cəhdlər göstərib. Acınacaqlısı odur ki, müxalifət bu cür hadisələrdən də yararlanmağa çalışır?. Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Müstəqil İnformasiya Agentliyinə Qarabağ və Respublika Uğrunda Hərəkatın 7 mayın matəm, ?Gül bayramı?nın ləğv olunması ilə bağlı çığırışına münasibət bildirərkən, bu sözləri deyib: ?Təbii ki, 12 nəfərin qətlə yetirilməsi, 13 nəfərin yaralanması ilə nəticələnən bu qırğın Azərbaycan xalqını sarsıdıb. Mən bir daha ölənlərə Allahdan rəhmət diləyirəm, onlar günahsız insanlar idilər. Belə hadisələri bu şəkildə gündəmdə saxlamaq, Azərbaycan tarixini başdan-başa matəmə çevirməyin tərəfdarı deyiləm. Təbii ki, bu faciəni unutmaq olmaz. Şəxsən mən, bu günün matəm kimi deyil, həmrəylik günü kimi qeyd olunmanın tərəfdarıyam. Bu gün qəzetlərdə oxudum, gənclərdən biri deyir ki, həmin günü gənclərin həmrəylik günü kimi qeyd olunması daha yaxş olar. Bu fikirləri bölüşürəm?. F.Ağamalı müxalifətin ?Gül bayramı?nın ləğv olunması ilə bağlı çağırışını də qəbul etmir: ?Başa düşə bilmirəm, ?Gül bayramı? niyə ləğv olunmalıdır? Həyatın bir üzü matəmdir, bir üzü şadlıqdır. Bunların birini digərinə qurban vermək olmaz. Ona görə də bu cür çağırışların tamamiylə əleyhinəyəm. Müxalifətçilik o demək deyil ki, cəmiyyəti qara rəngə bürüməlidirlər. Mənə elə gəlir ki, onlar gözlərindəki qara eynəkləri çıxarmalı və cəmiyyətdə gedən proseslərə açıq gözlə baxmalıdırlar. Matəmi matəm, hadisəni hadisə kimi qiymətləndirməlidirlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA