Demokrat Partiyası ölkədə matəm elan olunmasını təklif edir

img

30-04-2009 [10:48]


[b]Azərbaycan Demokrat Partiyasının İdarə Heyəti bu gün Bakıda Dövlət Neft Akademiyasında baş verən qanlı terror hadisəsi ilə əlaqədar ölkədə bir günlük matəm elan olunmasını təklif edir.[/b] Bu barədə Müstəqil İnformasiya Agentliyinə ADP mətbuat xidmətindən məlumat daxil olub. Məlumatda partiya üzvlərinin baş verən hadisədən sarsıldığı qeyd olunur: ?ADP İH üzvləri ağır nəticələr vermiş qanlı olayla əlaqədar sarsıldıqlarını, hadisənin obyektiv olaraq araşdırılacağına və günahkarların tezliklə tapılaraq cəzalandırılacağına da ümid etdiklərini bildiriblər?. ADP İH müvafiq hakimiyyət qurumlarına müraciət edərək hadisə ilə əlaqədar həlak olanların xatırəsinin əziz tutulması üçün respublikada bir günlük matəm elan etməyə, ictimai yerlərdə təhlükəsizlik tədbirlərini gücləndirməyə, habelə xalqa televiziya vasitəsi ilə mütəmadi və dəqiq məlumat verilməsini təmin etməyə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA