Aydın Mirzəzadə müxalifət liderlərini suçlayır

img

07-05-2009 [02:16]


Türkiyə hakimiyyəti ilə müxalifətin bir masa arxasına keçərək, ölkənin problemlərini müzakirə etməsi Azərbaycan siyasilərinin də analoji istəyinin üzə çıxmasına səbəb olub. Belə ki, bir sıra müxalifət liderləri də Azərbaycan prezidenti ilə görüşmək istəydiyini açıqlayıb. ?Yeni Müsavat? qəzetinə açıqlama verən müxalifətçilər hakimiyyət tərəfindən belə bir addımın atılmasını vacib sayıblar. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şura üzvü, millət vəkili Aydın Mirzəzadə iqtidarla müxliyət liderlərinin görüşməsini demokratik ölkələrə xas olan xüsusiyyət kimi qiymətləndirib. A.Mirzəzadə deyib ki, Azərbaycanda bunun baş verməməsinin səbəbi müxalifət liderlərindədir: ?Xaricdə, konkret olaraq, Türkiyədə müxalifət liderlərinin heç biri prezident seçkisini şübhə altına almır, onu xarici ölkələrə səfərləri zamanı aşağılamır, təhqirə yol vermirlər. Onunla əməkdaşlıq etməyə, ölkənin problemlərinin birlikdə həll edilməsində maraqlı olduqlarını ortaya qoymağa çalışırlar. Azərbaycanın müxalifət liderlərində isə biz bunu heç zaman müşahidə etmirik. Türkiyədə ona görə bu görüş mümkün oldu ki, müxalifət liderləri dövlət başçısı ilə müzakirələrə tərəf kimi yanaşırlar. Bundan əlavə, Türkiyədə müxalifətçilər hansısa məsələlərlə bağlı dövlət başçısına müraciət edirlər. Biz də isə bu yoxdur. Ona görə də belə görüşlər baş tutmur?. YAP-çı deputat onu da vurğulayıb ki, əgər müxalifət liderləri görüş üçün prezidentə müraciət etsələr, əməkdaşlıq barədə fikirlərini bildirsələr, hər hansı problem yaranmaz. Onun sözlərinə görə, Azərbaycan müxalifətinin dövlət başçısına münasibətdə Türkiyə müxalifətindən nümunə götürəsi çox şeylər var.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA