Birləzmiz müxalifətlə DUi-nin münasibətləri gərginləzib

img

30-04-2009 [04:05]


[b]Xəbər verdiyimiz kimi, dünən Qarabağ və Respublika Uğrunda Hərəkatın liderləri bir araya gələrək, növbəti toplantılarını keçiriblər. Toplantıda Demokratiya Uğrunda İttifaqın (DUİ) təklifi ilə bağlı liderlərin konsensusa gələ bilməmələri qarşı tərəfi narazı salıb.[/b] DUİ təmsilçilərindən olan Azadlıq Partiyasının sədri Əhməd Oruc Qarabağ və Respublika Uğrunda Hərəkat liderlərinin Qarabağ Forumunun keçirilməsi ilə bağlı DUİ-nin təklifini rədd etməsi pisləyib. Ə.Oruc Müstəqil İnformasiya Agentliyinə deyib ki, hərəkat liderlərinin bu addımı milli mənafelərimizə ziddir. O, bunu hərəkat üzvlərinin pula satılması ilə əlaqələndirdiyini də vuğrulayıb. Məsələylə bağlı Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Sərdar Cəlaloğlu isə qarşı tərəfin ittihamlarını əsassız sayıb: ?Öncə onu deyim ki, hər kəsin fikrinə hörmət eləmək lazımdır. Hər kəs özünün atdığı addımların səbəblərini daha yaxşı bilir və çalışır ki, başqalarının addımlarını da o səbəbə uyğun qiymətləndirsin. Bu da normal bir yanaşmadır. Müxalifət bir yerdədir, birgə mövqeyi də var. Şəxsən mən DUİ-nin təklifini səmimi və aktual hesab etmədiyimə görə, düşünürəm ki, təklif olunanlar mənasız bir tədbirlərdir. Çünki indiyə qədər belə forumlar keçirilib və heç bir nəticəsi olmayıb. Bu baxımdan, mənasız bir işdə iştirak etməyi düzgün hesab etmirəm. Qaldı ki, bizim pul almağımızla bağlı deyilənlərə, bu məsələni onların öz vicdanına buraxıram. Nə bilirlər qoy danışsınlar. Eyni ilə mən də deyə bilərəm ki, onlar iqtidara satılaraq, belə bir vəziyyət yaradıblar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA