Müxalifət liderləri hakimiyyəti 7 mayı matəm, ?Gül bayramını? isə ləğv etməyə çağırıb

img

06-05-2009 [06:52]


Bu gün ?Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatın?a daxil olan siyasi partiyaların növbəti toplantısı keçirilib. Müsavat Partiyasının qərargahında keçirilən toplantıda bir sıra regional məsələlər, o cümlədən mayın 7-də Praqada Avropa Birliyinin ?Şərq tərəfdaşlıq? təşəbbüsü ilə bağlı sammiti geniş müzakirə edilib. Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, toplantıda iştirak edən partiya liderləri bu təşəbbüsü yüksək qiymətləndirib və bu tərəfdaşlıq prosesində demokratiya və insan haqları məsələsinin prioritet olmasını zəruri hesab etdiklərini bildiriblər: ?Vətəndaş Hərəkatına daxil olan partiyalar, NATO-nun sonuncu 2 sammitində qəbul edilmiş yekun qətnaməsində, bu günlərdə isə NATO Baş katibinin bəyanatında Azərbaycanın ərazi bütövlüyünə dəstək verildiyini müsbət dəyərləndirir və ölkəmizin geostrateji seçim etməsinin çox ləngidiyini bir daha qeyd edərək Azərbaycan hökumətinə təklif edir ki, Azərbaycanın NATO üzvlüyünə qəbul edilməsi üçün rəsmi müraciət etsin?. Toplantıda həmçinin 30 apreldə ADNA-da baş verən, onlarla insanın ölümünə və ağır yaralanmasına səbəb olan qanlı faciə geniş müzakirə olunub. Müxalifət liderlrəi hesab ediblər ki, bu faciə zamanı hökumətin ekstremal vəziyyətə hazır olmadığı üzə çıxarıb: ?Hüquq mühafizə orqanları operativ fəaliyyət göstərə bilməmiş, insanların həyatını qorumaq, yaralıları xilas etmək üçün operativ tibbi yardım göstərilib. Bakı şəhərində 100-lərlə videokameralar olduğu halda, minlərlə tələbənin təhsil aldığı təhsil müəssisəsində videokameraların olmaması başa düşülən deyil. Silahlı cinayətkarın sərhədlərimizi sərbəst şəkildə keçməsi belə bir həssas bölgədə yerləşən ölkəmizin sərhədlərinin ciddi qorunmadığı qənaətini yaradır. Faciədən sonra hökumətin informasiyanı xalqdan gizlətməyə cəhd göstərməsi, televiziyaların bu faciəyə laqeyd qalaraq öz ənənəvi şou-əyləncə proqramını davam etdirməsi çox böyük narazılıqla qarşılanıb?. Liderlər onu da qərara alıblar ki, Azərbaycan hökumətinin faciədən sonra ölkədə matəm elan etməməsi, üstəlik 10 mayda heç bir ciddi əsas olmayan, indiki faciə günlərində isə çox yersiz görünən ?Gül bayramı?na hazırlaşması, faciə qurbanlarının ruhuna, xalqımızın hisslərinə açıq hörmətsizlikdir. Sonda Vətəndaş Hərəkatına daxil olan siyasi partiyalar iqtidari gec də olsa, həlak olanların 7-si günü- 7 mayda matəm elan etməyə və ?Gül bayramını? ləğv etməyə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA