Müsavat Partiyasında seçki və etiraz aksiyalarına hazırlıq gedir

img

04-05-2009 [07:30]


[b]?Müsavat Partiyası olaraq, İctimai Televiziyada efir imkanı əldə etmək üçün keçirəcəyimiz etiraz aksiyaları gündəmdədir. Hazırda bu istiqamətdə partiyada müəyyən müzakirələr aparılır?.[/b] Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı İTV-nin binası qarşısında efir vaxtı tələbi ilə keçiriləcək etiraz aksiyasına münasibət bildirərkən deyib. Xatırladaq ki, Müsavat Partiyası ötən ayın 23-də İTV-nin binası qarşısında etiraz aksiyası keçrməyi qərarlaşdırmışdı. Lakin Bakı Şəhər İcra Hakimiyyəti aksiyaya icazə vermədiyi üçün təbdir təxirə salındı. A.Hacılı isə aksiyanın hələ də gündəmdə olduğunu deyir: ?Son günlər elə proseslər oldu ki, İTV qarşısındakı piketimiz ertələndi. Amma biz efir vaxtı tələbi ilə aksiya keçirməkdə israrlıyıq. Çox günman ki, yaxın müddət ərzində bu barədə qərar veriləcək?. Müsavat yetkilisi ötən həftə Məclisin bələdiyyə seçkiləri ilə bağlı verdiyi qərara da toxunub. Deyib ki, partiyanın qərarına uyğun olaraq, hazırlıq işlərinə start verilib və yerlərdə namizədlərin müəyyənləşdirilməsi prosesi gedir. Onun sözlərinə görə, əvvəlcə partiya yerlərdə namizədlərini müəyyənləşdirəcək, daha sonra daxil olduğu Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı ilə uzlaşdırma aparılacaq. Arif bəyin fikrincə, bələdiyyə seçkilərində Müsavatın Hərəkata daxil olan hər bir partiyanın namizədini müdafiə etməkdə və onlara lazımi dəstək verməkdə heç bir problemi yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA