?Saakazvilinin yaratdığı dövlət zəif olduğundan, Rusiya bu ölkədə öz ?missiyalarını? yeritmək istəyir?

img

06-05-2009 [05:27]


?Rəsmi Moskva açıq şəkildə bildirib ki, Saakaşvili hakimiyyətini istəmir. Nə vaxta qədər ki, Mixail Saakaşvili hakimiyyətdədir Rusiya Gürcüstanla heç bir iş görməyəcək və daim təxribatlar törədəcək?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə politoloq Elxan Mehdiyev Gürcüstanda baş verən son prosesləri şərh edərkən deyib: ?Hələ avqust hadisələri zamanı Putinlə Sarkozi arasında qapalı gedən söhbəti bütün dünya bildi. Ona görə də bu, heç kimə sirr deyil ki, Rusiya Saakaşvilini istəmir. Rəsmi Moskva bunu açıq şəkildə bildirməsə də, daxili qüvvələr hesabına öz maraqlarını reallaşdırmağa çalışır. Bildiyiniz kimi, Gürcüstanda ardıcıl olaraq, müxalifətin aksiyaları davam edir. Bu şansdan isə Rusiya istifadə etmək istəyir. Həmçinin Gürcüstan cəmiyyəti çox kövrək, Saakaşvilinin yaratdığı dövlət zəif olduğundan, Rusiya bu ölkədə öz ?missiyalarını? yeritmək istəyir?. Politoloq onu da bildirib ki, Rusiyanın indiki dönəmdə Gürcüstana təkrar hücum etməsi real deyil: ?Çünki onsuzda Cənubi Osetiya və Abxaziya rəsmi Moskvanın tərəfindədir və onun sözü ilə oturub-durur. Əgər Rusiya Gürcüstana yenidən hücum etsə, Avropa Birliyi Gürcüstana yalnız siyasi dəstək verəcək. Yəni, inanmıram ki, Qərb hər hansı bir silahlı dəstə ilə Gürcüstana gəlsin və onun tərəfindən Rusiyaya qarşı vuruşsun. Ümumiyyətlə, Rusiya-Gürcüstan arasında gedən proseslər regionda digər münaqişə ocaqlarını alovlandırmayacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA