AXCP yeni mənzil qərargah alıb

img

06-05-2009 [04:39]


?AXCP şəhərin mərkəzində yeni qərargah alıb. Artıq binanın təmir işlərinə də başlanılıb. Bildiyiniz kimi, neçə vaxt idi ki, partiya qərargahsız idi. Amma artıq bu problem həll olunub. Hakimiyyət AXCP-yə qərargah üçün paytaxtın ucqar yerlərini göstərdiyi üçün partiya bundan imtina etmişdi. Bu səbəbdən də partiya rəhbərliyi öz hesablarına qərargah alıb. Mənim bildiyimə görə, AXCP-yə yaxın olan iş adamlarından biri binanın pulunu verib. Qərargah təmir edildiyi üçün hələlik bu barədə mətbuata məlumat verilmir?. Bu barədə Müstəqil İnformasiya Agentliyinə AXCP-nin adının çəkilməsini istəməyən funksionerlərindən biri verib. Məlumatlı şəxs onu da deyib ki, yaxın günlərdə, yəni qərargah tam hazır olandan sonra partiya yeni binasına köçəcək və ictimaiyyətə də o vaxt məlumat veriləcək. Məsələylə bağlı MİA-ya açıqlama verən AXCP sədrinin müavini Nurəddin Məmmədli məlumatı nə təsdiq, nə də təkzib eləyib: ?Mənim bu barədə məlumatım yoxdur. Partiyada hər kəsin öz işi var. Mən isə bu kateqoriyalı işlərlə məşğul olmuram?. Xatırladaq ki, AXCP Xəqani küçəsi 33 ünvanında, ?Azadlıq? qəzetinin redaksiyasında yerləşirdi. Həmin bina digər təşkilata verildikdən sonra partiya qərargahsız qalıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA