Müxalifətçilər hakimiyyətin siyasətini dəstəklədi

img

28-04-2009 [03:04]


Sovet dövrünün önəmli simalarından sayılan Məşədi Əzizbəyovun və Çaparidzenin heykəllərinin götürülməsi müxalifətçilər tərəfindən müsbət qarşılanıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Azərbaycan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan hakimiyyətin bu addımını təqdir edir. Onun sözlərinə görə, Azərbaycan xalqının tarixində fövqəladə mənfi rol oynamış bir rejimin nümayndələrinin heykəlləri Bakının küçələrini bəzəməməlidir. Bu səbəbdən də Ə.Temirxan bu heykəllərin götürülməsini doğru addım hesab etdiyini bildirib: ?Amma bu heykəllərin belə gizlin götürülməsi ona dəlalət edir ki, hakim rejim özü də bir növ neobolşevik rejimidir. Görünən odur ki, hakimiyyət ictimai müzakirələrdən qorxur, ona görə də heykəlləri gecə oğrun götürüblər. Əslində ictimai müzakirələr gəclər arasında təbliğat rolu oynaya bilərdi ki, bu heykəllər niyə götürülür. Amma prinsipcə, bu heykəllərini götürülməsini müsbət qiymətləndirirəm?. Ə.Temirxan onu da deyib ki, həmin heykəlləri götürəndən sonra harasa tullamaq lazım deyil. ALP yetkilisinin fikrincə, onları Azərbaycan tarixi muzeyinə təhvil vermək lazımdır: ?Bütün bolşevik dövrünün nümayəndələrini heykəllərini yığıb açıq səma altında bir muzey yaratmaq olar. Gəncləri də gətirib göstərmək lazımdır ki, Şaumyan, Çaparidze, Əzizbəyov, Kirov kim olub?. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı da hakimiyyətin ?heykəl siyasəti?ni dəstəkləyir. A.Hacılı hələ hakimiyyətdə olduğu illərdə bu istiqamətdə müəyyən addımlar atıb: ?92-93-cü illərdə mən dövlət müşaviri vəzifəsində işlədiyim dövrdə sovet atributlarının, Leninə aid abidələrin və digər bu tipli sivolların yığışdırılması ilə əlaqədar göstəriş vermişdim. O zaman həmin göstərişə ciddi əməl olunmuşdu. Heykəllər məsələsi də müzakirə olunmuşdu. Hesab edirəm ki, həmin heykəllərin götürülməsi xeyli dərəcədə gecikib. Hesab etmirəm ki, bu heykəllər harasa tullanmalıdır. Onlar kifayət qədər qiymətli daşdan hazırlanıb. Belə bir təklif irəli irəli sürərdim ki, bu cür heykəllər üçün muzey park yaradılsın. Azərbaycan tarixinin neqativ dövrü barədə gələcək nəsillərdə təəssürat yaratmaq üçün heykəllərin muzey pakrda qorunub saxlanması məqsədəuyğun olardı?. Müsavat yetkili onu da bildirib ki, Bakıda götürüləsi heykəllər çoxdur. Onun fikrincə, Əzizbəyov və Çaparidzenin silahdaşlarından tutmuş, kommunist dövründə Azərbaycana rəhbərlik etmiş bütün şəxslərin heykəlləri götürülməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA