isa Qəmbərin müavininin oğluna prezident tərəfindən təqaüd verilib

img

06-05-2009 [12:14]


Dünən prezident İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb. ?Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında? Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli 464 saylı Fərmanına uyğun olaraq qərara alınıb ki, musiqi sahəsində xüsusi istedadı olan bir sıra gəncin adı Azərbaycanın gənc istedadlarının ?Qızıl kitabı?na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsün. Təltif olunanlar arasında Müsavat başqanının müavini Qabil Hüseynlinin oğlu Toğrul Hüseynli də var. Məlumat üçün bildirək ki, T.Hüseynli Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin X sinif şagirdidir və fortopiano da çox gözəl ifa edir. Məsələylə bağlı Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Qabil Hüseynli bu addımı müsbət qiymətləndirdiyini deyib: ?Bunu mədəniyyət sahasinə ədalətli yanaşmanın təzahürü hesab edirəm. Açığı, belə bir şey gözləmirdik. Kiməsə də müraciətimiz olmamışdı. Amma bu məsələyə obektiv yanaşılması məni prezidentin bu məsələlərə obyektiv yanaşmasına bir daha inandırdı və onun istedadlı uşaqlara qayğı göstərməsi qənaətinə gətirdi. Bu münasibətlə ailəmiz adından prezidentə təşəkkürümü də çatdırmaq istəyirəm?. MİA-ya daxil olan məlumata görə, Qabil Hüseynlinin oğlunun adı bir neçə dəfə Prezident Administarsiyasına göndərilən siyahılarda olub. Amma Müsavat Partiyasının başqan müavininin oğlu olduğu üçün onun adı siyahıdan çıxarılıb. Bu barədə bizi bilgiləndirən şəxs deyib ki, Azərbaycanda olan əcnəbi bəstəkarlardan biri Toğrul Hüseynlini dinləyibmiş və onun istedadlı olduğunu deyibmiş. Elə bu yaxınlarda keçirilən tədbirlərin birində iştirak edən həmin bəstəkar T.Hüseynli ilə maraqlanıb və onun istedadlı olduğunu, ona qayğı göstərməyin vacib olduğunu söyləyib. Bundan sonra T.Hüseynlinin dövlət tərəfindən mükafatlandırılması barədə qərar verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA