islam Partiyası Ədliyyə Nazirliyindən qeydiyyat tələb edir

img

05-05-2009 [03:41]


?Biz partiya olaraq, qarşıdan gələn bələdiyyə seçkilərində iştirak etmək istəyirik. Amma partiyamızın rəsmi qeydiyyatının olmaması bizə müəyyən problemlər yaradır?. Bu sözləri Azərbaycan İslam Partiyası (AİP) mətbuat xidmətinin rəhbəri Akif Heydərli Müstəqil İnformasiya Agentliyinə deyib. A.Heydərli bildirib ki, bələdiyyə seçkilərində iştirakla bağlı AİP Baş Məclisinin qərarı olmasa da, partiya üzvləri prosesə qatılacaq: ?Hesab edirik ki, hər bir partiya seçki prosesində iştirak etməlidir. Bununla həm fəaliyyəti gücləndirmək, həm də təbliğat imkanlarını artırmaq olar. Ona görə də seçkidə iştirakı vacib sayırıq. Amma Ədliyyə Nazirliyi partiyanı qeydiyyata almamaqla, qarşımıza sədd çəkir. Qurultayımızı keçirib, bütün sənədləri təqdim etmişik, amma bu günə kimi bizə nə müsbət, nə də mənfi cavab verilməyib. Bizə qarşı belə bir mövqenin tutulmasını başa düşmürük?. AİP sözçüsü onu da bildirib ki, qeydiyyatdan keçməklə bağlı müəyyən addımlar atmaq fikrindədirlər. Onun sözlərinə görə, qanunda nəzərdə tutulmuş bütün vasitələrdən istifadə edərək, israrlı mübarizə aparacaqlar: ?Əgər Ədliyyə Nazirliyi bu mövqeyindən çəkilməsə, qanuni şəkildə məhkəməyə müraciət edəcəyik. Doğrudur, hələlik partiyanın bu barədə qərarı yoxdur, amma bu cür də davam edə bilməz. İslam Partiyası ölkənin elektoral bazası geniş olan təşkilatlarından biridir. Onun dövlət qeydiyyatına alınmaması düzgün deyil?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA