Hüquq-mühafizə orqanları AXCP-nin qurultay hazırlığına mane olur

img

28-04-2009 [08:48]


?AXCP-də qurultaya hazırlıq işləri yüksək səviyyədə gedir. Rayon təşkitlatlarının əksəriyyətində qurultayqabağı konfranslar keçirilib. Yerli təşkilatlarının konfransları başa çatdıqdan sonra Ali Məclis qurultayın vaxtını müəyyənləşdirəcək?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında AXCP sədrinin müavini Nurəddin Məmmədli deyib. Sədr müavini yerli hüquq-mühafizə orqanlarının rayon təşkilatlarında konfransların keçirilməsinə mane olduğunu bildirib: ?Dünən Biləsuvar rayon təşkilatının konfransı keçirilməliydi. Amma rayon rəhbərliyi konfransın keçirilməsi üçün yer ayırmaqdan imtina etdi. Təzyiq kampaniyası davam etdiyi üçün hələ də 15 rayonda konfrans keçirə bilməmişik. Polis əməkdaşları konfrans salonunda çəkilişlər aparır, cəbhəçiləri açıq şəkildə təhdid edirlər. Rayon rəhbərliyi konfransa qatılmaq istəyən partiya üzvlərini işdən çıxarmaqla hədələyir?. Nurəddin Məmmədli təzyiqlər nəticəsində yüzlərlə cəbhəçinin ölkəni tərk etdiyini bildirib: ?AXCP-nin Saatlı, Sabirabad təşkilatlarının 1000 üzvü vardı. Amma basqılar artdığı üçün bu təşkilatların hər birindən ən azı 200 cəbhəçi ölkəni tərk edərək, Rusiyaya üz tutub. İnsanlar Rusiya bazarlarında kartof çeşidləməyi, anti-sanitariya şəraitində işləməyi, iyili-qoxulu zirzəmilərdə gecələməyi Azərbaycanda yaşamaqdan üstün tuturlar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA